AZ

"Biznes qurmaq istədim, 70 min batırdım" - VİDEO

Müğənni Mənzurə Musayeva növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləməyi bacarıb.

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, müğənni 5 il öncə biznes qurmaq istədiyini, lakin bu planının baş tutmadığını deyib.

Musayeva hətta 70 min manatdan çox pulunun da batdığını bildirib:

"Bir iş var idi, bəxtim gətirmədi, 70 min itirdim. 4,5 il bundan əvvəl idi. Bir yer var idi, pul qoyduq ki, guya pul götürəcəyik. Rusiyaya mal vuracaqdıq, olmadı. Dedilər pulu verəcəyik, verəcəyik, olmadı, vermədilər, pul batdı".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
7
milli.az

8Mənbələr