AZ

Sağlamlığı təhdid edən zəifliyin gözlənilməz səbəbi müəyyən edilib

B1 vitamini və ya tiamin çatışmazlığı böyük zəiflik və ya beriberi polinevritinin inkişafına səbəb ola bilər.

Editor.az xəbər verir ki, bu barədə Elmi-Tədqiqat İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin tibb müəssisələrinin elmi və informasiya təminatı qrupunun rəhbəri, aparıcı ekspert Mixail Lebedev bildirib. “B1 vitamininin ciddi çatışmazlığı həssaslığın itirilməsi, əzələ zəifliyi və ürək-damar sisteminin zədələnməsi ilə özünü göstərən beriberi polinevritinin inkişafına səbəb ola bilər. Bundan başqa, tiamin çatışmazlığı zamanı insanda iştahsızlıq, hərəkətlərin koordinasiyasının pozulması, koqnitiv funksiyaların zəifləməsi, o cümlədən depressiya, əsəbilik və yaddaş itkisi müşahidə oluna bilər”,-deyə o bildirib.

Həkimin sözlərinə görə, B1 vitamini karbohidrat və yağ mübadiləsinin normal proseslərinə kömək edir. Onun çatışmazlığı insan qanında piruvik turşunun toplanmasına və onun sinir sistemində konsentrasiyasının artmasına gətirib çıxararaq xəstəliyin inkişafına səbəb olur.

“Tiamin bədəndə sintez olunmur. Yalnız yeməkdən əldə edilə bilər. O, günəbaxan tumlarında, tam taxıl çörəyində, qoz-fındıq, dənli bitkilər (qarabaşaq, buğda, yulaf ezmesi), paxlalı bitkilər, dəniz məhsulları, donuz əti, mal əti ciyəri, kartofda olur”, – deyə ekspert bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
73
editor.az

1Mənbələr