AZ

Stefano Piolinin yeni iş yeri bilindi - SON DURUM

"Milan"ın sabiq baş məşqçisi Stefano Pioli Səudiyyə Ərəbistanında çalışacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edərək məlumat yayıb. 

Xəbərə görə, 58 yaşlı mütəxəssis "Əl-İttihad"la müqavilə imzalayıb. O, bu postda Marselo Qalardonu əvəzləyib. 

Pioli ilə imzalanan müqavilənin müddəti üç illikdir.

Kərim Benzema, Nqolo Kante və Fabinyo kimi ulduzlara sahib olan "Əl-İttihad" Səudiyyə Ərəbistanı çempionatının son mövsümünü 5-ci yerdə başa vurub.

Pioli 2019-2024-cü illərdə "Milan"a rəhbərlik edi. O, əvvəllər “Fiorentina”, “İnter”, “Latsio” və digər klubları da çalışdırıb.

Mirağa

Seçilən
78
fanat.az

1Mənbələr