AZ

Ukraynalı futbolçu “Sabah” klubuna qayıda bilər

Ukraynalı

Bakı, 3 iyul, AZƏRTAC

Ukraynanın “Şaxtyor” (Donetsk) komandasından ayrılan Aleksey Kaşuk yenidən Azərbaycana qayıda bilər.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçinin xidmətində sabiq klubu “Sabah” maraqlıdır.

İddiaya görə, Bakı təmsilçisi vingerlə müqavilə bağlamağa yaxındır.

Qeyd edək ki, Aleksey Kaşuk 2022-2023-cü illər mövsümündə icarə əsasında “Sabah”da çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
3
azertag.az

4Mənbələr