Ermənistan parlamenti məlumat yayıb ki, iyulun 2-də ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana gəlib.
Adalet.az xəbər verir ki, İyulun 3-də ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi Konqresin nümayəndə heyəti, Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan və Ermənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Lilitin müşayiəti ilə Makunts, Tsitsernakaberd Memorialını ziyarət edib.
Nümayəndə heyətinin üzvləri saxta erməni soyqırımı abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Qeyd edək ki, parlament səfərin 5 iyula qədər davam edəcəyini deyir .
Əntiqə Rəşid