AZ

Hava limanı fasilələrlə işləyir, daxili və beynəlxalq reyslərin bir çoxu yubanır və hətta ləğv edilir – Antalyada nə baş verir?

Antalya hava limanı fasilələrlə işləyir, həm daxili, həm də beynəlxalq reyslərin bir çoxu yubanır və hətta ləğv edilir – səbəb işçilərin tətilidir.

Həftəsonu burada işçilərin tətili başlayıb. Hava limanının işçiləri maaşların artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. İndiyədək Hava Hərəkətinin İdarə Heyətləri İttifaqı ilə səlahiyyətlilər arasında aparılan danışıqlar heç bir nəticə verməyib. Onlar iyulun 15-dək Antalyada tətil edəcəklər. Eyni zamanda, hava limanında ağır vəziyyətin yüksək turizm mövsümünün sonuna qədər davam etməsi riski var.

Qeyd edək ki, Antalya Hava Limanı Türkiyənin ikinci ən işlək hava limanıdır və həm daxili, həm də beynəlxalq reyslərə xidmət edir. Yayda hava limanının yükü dəfələrlə artır və buna görə də işçilər son həddə qədər işləyirlər. Çarterlər Avropa və Rusiyanın demək olar ki, bütün böyük hava limanlarından Antalyaya uçur. Ötən həftəsonu hava limanı rekorda imza atıb – o, gündə 1146 reysə xidmət göstərib, sərnişin axını isə 209 min nəfər təşkil edib. Türkiyədə yüksək turizm mövsümü təzəcə başlayır və hava limanına yük daha da arta bilər. Dispetçerlər daimi iş vaxtı ilə işləməkdən imtina edirlər.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
editor.az

1Mənbələr