AZ

Pentaqon: "Bu, ABŞ və tərəfdaşlarına təhdid yaratmır, ancaq..."

"Şimali Koreyanın ballistik raket sınaqlaır məsuliyyətsizlikdən qaynaqlanır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü General Pat Ryder ənənəvi mətbuatr konfransında deyib.

O bildirib ki, Şimali Koreyanın son taktiki ballistik raketlər buraxması sabitliyi pozan aktdır: "Bu, sabitliyi pozan və məsuliyyətsiz davranışdır. Biz Şimali Koreyanı dialoqa dəvət edirik. Hərçənd, Şimali Koreyanın sınaqdan çıxardığı ballistik raketlər ABŞ və tərəfdaşlarına təhdid yaratmır. Ancaq biz bu addımları  ciddiyə alınmağa davam edəcəyik".

Lamiyə Əhmədli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
mia.az

2Mənbələr