Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Qabriel Makhlouf uçot dərəcələri ilə bağlı bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Qabriel Makhloufun sözlərinə görə, inflyasiyanın 2%-lik hədəfə doğru getdiyinə əmin olmaq üçün AMB-nin daha çox vaxta ehtiyacı var.

O bildirib ki, bu səbəbdən cari ildə yalnız bir faiz endiriminə şahid ola bilərik.