AZ

Nazənin ÇAĞIRIŞ ETDİ: “Onları tez-tez verilişə çağırın”

“Bizim yaşlı sənətkarlarımız barmaqla sayılacaq qədər az qalıblar. Onların qədrini bilməliyik”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva “Həmin Zaur” verilişində deyib.

O, verilişdə qonaq olan Xalq artisti Niyaməddin Musayevə xitabən aparıcılara səslənib:

“Dünyanın hər yerində yaşlı sənətkarlara böyük dəyər verirlər. Onları daim diqqətdə saxlayır, efirlərə, verilişlərə dəvət edirlər və bununla da fəxr edirlər. Eyni zamanda, yaşlandıqca sənətkarların daha çox qədrini bilirlər. Amma əfsuslar olsun ki, bizdə belə deyil. Bizim yaşlı sənətkarlarımız barmaqla sayılacaq qədər az qalıblar. Onlara sayğı göstərmək, dəyər vermək hər birimizin borcudur. Onları tez-tez verilişlərə çağırın. Niyaməddin Musayev bir sənət incisidir, məktəbdir, hamımız ondan bəhrələnmişik. Onu qorumalıyıq, qədrini bilməliyik”.

Nehru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
yenicag.az

1Mənbələr