AZ

Antalyada baş verən qəzada çoxlu sayda turist yaralanıb

Türkiyənin Antalya vilayətində dənşətli qəza baş verib. Belə ki, belarus və rus turistləri aparan mikroavtobus yol qovşağında dirəyə çırpılıb.

İHA-nın məlumatına görə, qəza nəticəsində çoxsaylı rus və belaruslu turistlər yaralanıblar. Agentlik qəza nəticəsində yaralananların olduğunu bildirsə də, dəqiq rəqəm vermir.

Qəza Manavqat şəhəri yaxınlığında baş verib. Turistlər Alanya otellərindən Antalya hava limanına gedirdilər. “Cumhuriyet” qəzeti xəbər verir ki, zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
oxumeni.az

1Mənbələr