AZ

Amerika Kubokunda 1/4 finalın bütün cütləri müəyyənləşdi

ABŞ-da keçirilən Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, D qrupunda Braziliya millisi Kolumbiya ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Braziliya yığmasının qolunu cərimə zərbəsindən Rafinya vurub. Kolumbiyalıların heyətində Daniel Munyos fərqlənib.

Bu heç-heçə Braziliyaya D qrupunda ikinci yeri tutmağa və turnirin sonuncu 1/4 finalçısı olmağa imkan verib. Kolumbiya isə hələ ötən tur pley-offa vəsiqəni təmin edib.

Qrupun digər matçında Kosta Rika Paraqvayı 2:1 hesabı ilə məğlub edib.

Bununla Amerika Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
publika.az

1Mənbələr