AZ

Liderlər üz-üzə

Niderland millisinin hücumçusu Kodi Qakpo və türkiyəli müdafiəçi Ferdi Kadıoğlu oyunda komanda yoldaşlarına yaradılan şanslara görə Avropa çempionatının liderləridir. Bu barədə X sosial şəbəkəsində “Squawka” statistika portalı məlumat yayıb.

Avro-2024-də oyundan yaradılan şanslara görə futbolçuların reytinqi:

1-2. Kodi Qakpo (Niderland) – 11;

1-2. Ferdi Kadıoğlu (Türkiyə) – 11;

3-5. Pedri (İspaniya) – 10;

3-5. Coşua Kimmix (Almaniya) – 10;

3-5. Jül Kunde (Fransa) – 10.

Əlavə edək ki, ¼ finalda məhz Qakpo ilə Ferdinin üzvü olduqları Niderland və Türkiyə milli komandaları qarşılaşacaq.

Seçilən
104
futbolinfo.az

1Mənbələr