AZ

Avstriyanın baş məşqçisi Merti əfsanəvi qapıçıya oxşatdı

Türkiyə yığmasına məğlub olaraq AÇ-2024-də mübarizəni dayandıran Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik matçdan sonra maraqlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, alman mütəxəssis “ay ulduzluların” qapıçısı Mert Günokun oyununu tərifləyib. 

O, qolkiperi əfsanəvi ingilis qapıçı Qordon Banksla müqayisə edib:

“Bərabərlik qolunu vurmaq üçün kifayət qədər vaxtımız oldu. Buna çox yaxın idik. Amma Türkiyənin qapısında Qordon Banks var idi. Bu oyundan sonra ölkəmizə qayıdacağımızı düşünmürdüm, yolumuza davam edəcəyimizi güman edirdik. Məğlubiyyətdən dərs çıxarmalıyıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
qafqazinfo.az

2Mənbələr