AZ

Avropa İttifaqının Çinə qarşı ticarət müharibəsi

Avropa İttifaqı (Aİ) Çinin e-ticarət platformalarından, xüsusən Aliexpress, Temu və Şayn kimi bütün mallara, o cümlədən qiyməti 150 avrodan aşağı olan mallara idxal rüsumları tətbiq etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

İdxal rüsumlarına yenidən baxılması çoxlu sayda ucuz malların axını ilə mübarizə məqsədi daşıyır. Nəşr bildirir ki, iyul ayında Avropa Komissiyası malların rüsumsuz alına biləcəyi 150 avroluq cari qiymət limitini ləğv etməyi təklif edəcək.

Avropa Komissiyasının məlumatına görə, ötən il 2,3 milyard belə mal Aİ-yə idxal edilib.

Xatırladaq ki, bir müddət əvvəl Çin hakimiyyəti Avropa Komissiyasının rəhbərinin müavini Valdis Dombrovskisə məktub göndərərək, Aİ-nin Çin mallarına rüsumları artırmaqla Pekinə qarşı ticarət müharibəsi başlatmaq niyyətində olacağı təqdirdə Çinin cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq etmişdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
konkret.az

1Mənbələr