AZ

Obama Baydenin qələbəsinə şübhə edir

“Co Baydenin Donald Trampla debatda çıxışından sonra yenidən seçilmək şansı azalıb”
ABŞ-ın keçmiş Prezidenti Barak Obama siyasi həmfikirlərinə bildirib ki, hazırkı dövlət başçısı Co Baydenin Donald Trampla debatda çıxışından sonra yenidən seçilmək şansı azalıb. AYNA xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.
Qəzetin həmsöhbətlərinin dediyinə görə, Obama ictimai müstəvidə olduğundan daha sərt qiymət verib. Debatdan sonra Obama şəxsən Baydenə zəng edərək dəstək təklif edib.
Keçmiş Prezident sosial şəbəkədə yazıb ki, “pis debat gecələri olur”.
“Bu seçki ömrünü adi insanlar üçün mübarizə aparan insanla yalnız özünü düşünən insan arasında seçim olmaqda davam edir”, - Obama bildirib.
WP qeyd edib ki, debatdan bir neçə ay əvvəl Obama Bayden və dostları ilə Trampın siyasi gücü və onun noyabrda yenidən seçilməsinin real ehtimalı ilə bağlı dərin narahatlığını bölüşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
ayna.az

1Mənbələr