AZ

Rusiyalı politoloq: Azərbaycan hərbçilərinin Minskdəki paradda iştirakı Ermənistan rəhbərliyinə şillədir

"Azərbaycan hərbçilərinin Rusiya və Belarus hərbçiləri ilə birlikdə Minskdə keçirilən hərbi paradda iştirakı Ermənistan rəhbərliyinə bir sillədir, çünki Ermənistan rəhbərliyi xəyanətkarlardır".

Ednews xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Markov bildirib.

KTMT üzvü daha sonra Ermənistanın Minskdəki paradda iştirak etməməsini şərh edib:

"Bu, Ermənistan rəhbərliyinin xəyanət yolunda daha da irəliləməsi halında nə olacağını göstərən bir xəbərdarlıqdır. Bu həmçinin, Lukaşenkonun Paşinyana xəyanətkar Paşinyanın Lukaşenko ünvanına səsləndirdiyi təhqirlərə cavabıdır. Qərbpərəstlərə xoş gəlmək üçün Paşinyan Belarusiyaya bütün səfərləri qadağan etdi". 

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
ednews.net

1Mənbələr