AZ

"Qapıda Qordon Benkslə durubsa, qol vurmaq çətindir" - Ralf Ranqnik

style='margin-bottom:10px;'>

"İnana bilmirəm ki, bu gün evə dönürük. Biz düşünürdük ki, yolumuza davam edəcəyik".

QOL.az xəbər verir ki, bu sözləri Avstriya millisinin baş məşqçisi Ralk Ranqnik deyib. Avro-2024-ün dünən gecə Türkiyəyə qarşı keçirilən 1/8 final matçından (1:2) sonra təşkil olunan mətbuat konfransında alman mütəxəssis bildirib: 

"Turnirdə oynadığımız dörd oyun, bugünkü matç da da daxil olmaqla, çox maraqlı alındı. Hər şey bizim üçün rəvan getmədi, amma dörd çox əyləncəli və gərgin oyun izkədik. İndi biz buradan özümüz üçün ən yaxşıları Millətlər Liqasına, ondan sonra isə dünya çempionatının seçmə mərhələsinə aparmalıyıq".

Ralk Ranqnik bildirib ki, onlar Türkiyə ilə görüşdə öz şanslarından yetərincə yararlana bilməyiblər: "Bundan başqa, standart vəziyyətlərdə heç də yaxşı müdafiə oluna bilmədik".

Ranqnik matçın son dəqiqəsində Türkiyə millisini fantastik seyvlə qoldan xilas edən Metr Günoku 1966-cı ildə İngiltərə millisi ilə birgə dünya çempionu olmuş qapıçı Qordon Benkslə müqayisə edib:
  
"Bəxtimiz gətirmədi və inanıram ki, əlavə vaxt olsaydı, qalib gələcəkdik. Əlbəttə, hesabı bərabələşdirmək üçün vaxtımız var idi. Lakin əgər qapıda Qordon Benks dayanıbsa, qol vurmaq çətindir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr