AZ

Spalletti qalacaq, yoxsa gedəcək? - AÇ-nin SUALI

İtaliya yığmasının AÇ-2024-ün 1/8 finalında İsveçrəyə uduzaraq (0:2) turnirlə vidalaşması ortaya təbii sual çıxarıb: Luçano Spalletti baş məşqçi vəzifəsində qalacaq, yoxsa istefaya gedəcək?

Təcrübəli mütəxəssis komandasının qitə çempionatında mübarizəni dayandırmasından sonra yığmadakı gələcəyi ilə bağlı danışıb. Spalletti vəzifəsindən ayrılmayacağını deyib:

“Qalıram. Komandada bəzi işlər yolunda getmədi. Bizə indi yeni qüvvələr lazımdı”.

Spalletti milli komandanın baş məşqçi vəzifəsinə sələfi Roberto Mançininin istefaya yollanmasından sonra - 2023-cü ilin avqustunda təyinat alıb. İtaliya qitə çempionatının final mərhələsinə onun rəhbərliyi altında vəsiqə qazanmışdı.
Seçilən
73
football-plus.az

1Mənbələr