AZ

Amerika Kubokunda 1/4 finalın cütlükləri bəlli oldu

Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol 2024-cü ilin Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub.

Arena.az xbər verir ki, bu gün D qrupunda sonuncu oyunlar baş tutub.

Braziliya və Kolumbiya yığmaları arasındakı oyunda qalib müəyyənləşməyib. Qrupun digər matçında Kosta Rika yığması Paraqvaya 2:1 hesabı ilə qalib gəlib. Bu qarşılaşmaların nəticəsinə əsasən 1/4 finala son olaraq Braziliya və Kolumbiya yığmaları yüksəliblər. Kolumbiya (7 xal) qrup birincisi, Braziliya (5 xal) isə ikinci kimi 1/4 finala vəsiqə qazanıb. Bu qrupda son iki pilləni tutan Kosta Rika və Paraqvay yığmaları üçün isə mübarizə erkən bitib.

Amerika Kuboku
D qrupu
3 iyul

Braziliya – Kolumbiya 1:1
Qollar: Rafinya, 12 – Daniel Munyos, 45+2.

Kosta Rika – Paraqvay 2:1
Qollar: Fransisko Kalvo, 3. Xosimar Alkoser, 7 – Ramon Sosa, 55.

Xallar: Kolumbiya – 7. Braziliya – 5. Kosta Rika – 4. Paraqvay – 0.

Beləliklə, Amerika Kubokunda 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda aşağıdakı komandalar üz-üzə gələcəklər:

1/4 final

Argentina – Ekvador
Venesuela – Kanada
Uruqvay – Braziliya
Kolumbiya – Panama

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
5
arena.az

6Mənbələr