AZ

Qərb dairələrinin idarə etdiyi TƏXRİBAT: “Türkiyəni təhdid edən faktorların qalmasında maraqlı olan qüvvələr var”

“Baş verən hadisələr, istisnasız olaraq, rəsmi Ankara ilə Dəməşq arasında münasibətlərin bərpa olunması ilə bağlı aparılan danışıqlarla əlaqəlidir”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Elçin Mirzəbəyli deyib.

Siyasi təhlilçi Kayseridə suriyalılar əleyhinə baş verən etiraz aksiyalarının pərdəarxası məqamlarından söz açıb.

Onun sözlərinə görə, ehtimallar var ki, çox güman, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Bəşər Əsəd iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçiriləcək toplantısında bir araya gələcəklər və müxtəlif məsələlərlə, o cümlədən, iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı müzakirələr aparacaqlar:

“İndiki şəraitdə Ankara-Dəməşq münasibətlərinin bərpa olunması şübhəsiz ki, bir sıra ölkələrin maraqlarını qane etmir. Suriyada daimi gərginliyin mövcud olmasında, eləcə də Türkiyə ərazilərini təhdid edən faktorların qalmasında maraqlı olan qüvvələr var. Bu, eyni zamanda, PKK və onun qolları ilə bağlı olan ayrı-ayrı terror təşkilatları, o cümlədən, müxtəlif Qərb dairələri tərəfindən idarə olunan dini yönlü terror qruplarıdır”.

“Bu aspektdən də, əslində, hadisənin baş verəcəyi gözlənilən idi. Onu da qeyd edim ki, provokasiya ikitərəfli qaydada baş verir. Suriya ərazisində – Hələbdə bu provokasiyaların yer aldığının şahidi olduq. Paralel olaraq da Türkiyə ərazisində də ayrı-ayrı qrupların Suriyadan olan məcburi köçkünlərə, qaçqınlara qarşı aksiyaları keçirdiyinin şahidi oluruq. Çox güman ki, bu proses eyni mərkəzdən idarə olunur və əsas məqsəd də bütövlükdə regionda münaqişəyə açıq olan bütün ocaqların aradan qaldırılması istiqamətində göstərilən regional səylərə mane olmaqdan ibarətdir”.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
yenicag.az

1Mənbələr