AZ

Nə Bayden, nə Tramp – Amerikalılar onun prezident olmasını istəyirlər

ABŞ-nin keçmiş birinci xanımı Mişel Obama bu il keçiriləcək prezident seçkisində Demokratlar Partiyasından namizəd olsaydı, amerikalı seçicilərin 50 faizi ona səs verəcəkdi.

Teleqraf.com xəbər verir ki, bunu “Ipsos” sosioloji xidmətin keçirdiyi sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, Mişel Obama və keçmiş prezident Donald Tramp prezidentlik uğrunda mübarizə aparsaydı, respondentlərin 50 faizi keçmiş birinci xanımı dəstəkləməyə hazırdır, amerikalıların yalnız 39 faizi Trampa səs verərdi. Seçim Tramp və Co Bayden arasında olsaydı, amerikalılar səslərini bərabər bölərdilər: hərəsinə 40 faiz.

Sorğu iyulun 1-2-də 1070 amerikalı arasında keçirilib.

Mart ayında NBC telekanalı Mişel Obamanın ofisinə istinadla keçmiş birinci xanımın namizədliyini irəli sürməyəcəyi barədə məlumat vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
teleqraf.com

2Mənbələr