AZ

Amerika Kubokunda 1/4 finalın cütlükləri BƏLLİ OLDU

ABŞ-ın ev sahibliyi etdiyi futbol üzrə Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, D qrupunda Braziliya millisi lider Kolumbiya ilə qollu heç-heçə edib – 1:1.

Digər görüşdə isə Kosta Rika Paraqvaya 2:1 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra Kolumbiya və Braziliya 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, növbəti raundda Argentina-Ekvador, Venesuela-Kanada, Uruqvay-Braziliya və Kolumbiya-Panama matçları keçiriləcək.

Bizim.Media

Seçilən
49
1
bizim.media

2Mənbələr