AZ

Dünya müharibəsi başlayacaq: tarix açıqlandı, başlayacağı yer də bəlli oldu

Dünyanın bir çox ölkəsi İsrail-Livan müharibəsinin Üçüncü Dünya savaşına səbəb olacağı barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, Almaniyanın “Bild” qəzeti İsrailin Livana qarşı quru əməliyyatına başlayacağı tarixi açıqlayıb.

İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan və hələ də davam edən müharibə Yaxın Şərqdə gərginliyi daha da artırıb. Türkiyə, ABŞ, Almaniya və Serbiya kimi ölkələrdən bölgədə daha əhatəli müharibə ilə bağlı xəbərdarlıqlar edilir. Bununla yanaşı, Almaniyanın “Bild” qəzetinin iddiası böyük səs-küyə səbəb olub.

Qəzet Yaxın Şərqdə böyük bir müharibə riskinin artması və İsrailin Livana hücumunun regional və qlobal müharibəyə səbəb olacağının açıqlayıb. Bununla yanaşı İsrail mənbələrindən aldığı məlumatla İsrailin müharibəni alovlandıracağını vurğulayıb.

“Bild” qəzetinə danışan İsrail diplomatik mənbələri İsrailin iyul ayında Livana qarşı quru əməliyyatına başlaya biləcəyini iddia edib. Qəzetə danışan diplomatlar bildiriblər ki, Livan Hizbullahı İsrailin şimalına qarşı hücumlarına son qoymasa, İsrail Müdafiə Qüvvələri (IDF) Livana qarşı əməliyyata başlayacaq və dəqiq bir tarix elan edəcək.

“Bild”in yaydığı məlumata görə, Qərb diplomatik dairələri İsrailin iyulun üçüncü və ya dördüncü həftəsində Livanın cənubuna qarşı quru əməliyyatına başlayacağını bildiriblər. İsrailin sərhəddəki qüvvələri günü-gündən güclənir.

Böyük müharibə ilə bağlı ilk çıxışı iyunun 12-də Serbiya prezidenti Aleksandar Vuçiç edib. Serbiya lideri Rusiya-Ukrayna müharibəsindən sonra artan gərginliyi və dünyaya geosiyasi təsirləri dəyərləndirib. Dünyanın çox qısa müddətdə ciddi müharibəyə sürüklənə biləcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
4
publika.az

5Mənbələr