AZ

Mişel Obama həm Baydeni, həm də Trampı üstələyir - Son sorğuların gözlənilməz nəticələri

Məlum olduğu kimi, amerikalılar arasında ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərində iştirak edəcək iki əsas namizədin – Donald Tramp və Co Baydenin heç biri populyar deyil. Ölkə vətəndaşları hərəsi bir cür qeyri-adekvatlığı ilə seçilən bu iki namizəddənsə, üçüncü - daha gənc, enerjili və normal bir namizədə səs verməyə üstünlük verərdilər. ABŞ-də keçirilən son sorğular da bunu təsdiqləməkdədir.

“AzPolitika” xəbər verir ki, son sorğular amerikalı seçicilərin 50%-inin sabiq ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamaya səs verməyə hazır olduqlarını göstərib. Belə ki, “Ipsos” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrinə görə, 

M.Obama 2024-cü il prezident seçkilərində Demokratların namizədi olsaydı, partiyanın tərəfdarlarının böyük qismi məhz ona səs verəcəkdi. Sorğu onu da göstərir ki, əgər Mişel Obama və eks-prezident Donald Tramp prezidentlik uğrunda mübarizə aparsaydı, respondentlərin 50%-i keçmiş birinci xanıma, yalnız 39%-i isə Trampa səs verərdi.

Sorğu onu da göstərib ki, son debat amerikalıların seçiminə elə də ciddi təsir göstərməyib və Trampla Baydenin hər ikisinə seçicilərin 40%-i səs verə bilərlər.

Qeyd edək ki, martın əvvəlində NBC telekanalı Mişel Obamanın ofisinə istinadla bildirmişdi ki, ABŞ-ın keçmiş birinci xanımı 2024-cü ildə prezidentliyə namizəd olmayacaq. Lakin o da məlumdur ki, Trampla debatdakı uğursuzluğundan sonra Baydenin başqa bir namizədlə əvəzlənməsi məsələsi gündəmə gəlib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
azpolitika.info

1Mənbələr