İtaliyanın “Empoli” klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, komandanın "sükan"ı Roberto Daversa etibar olunub.
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə 47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalandığı qeyd olunub.
Roberto bu vəzifədə Davide Nikolunu əvəzləyib.
İtaliyalı məşqçi “Parma”, “Sampdoriya”, “Leççe” kimi klubları çalışdırıb.
“Empoli” A seriyasında son mövsümü 17-ci pillədə tamamlayıb.