AZ

Avropada futbol tarixinə düşən türk - Arda Ronaldoya şərik oldu

Avstriyanı 2:1 hesabı ilə məğlub edərək Avro-2024-ün 1/4 finalına yüksələn Türkiyə millisinin ikinci qoluna assistentlik edən Arda Gülər ​​növbəti dəfə Avropa futbolu tarixinə düşüb.

Teleqraf.com xəbər verir ki, “Real Madrid”in 19 yaşlı ulduzu qarşılaşmada məhsuldar ötürmə ilə yeni rekorda imza atıb.

Arda Gülər ​​Avropa çempionatında həm qol vuran (Gürcüstan matçı), həm də assistlik edən (Avstriya matçı) üçüncü ən gənc oyunçu olub. Türk oyunçudan əvvəl bu rekorda Ueyn Runi (Avro-2004) və Kriştiyano Ronaldo (Avro-2004) imza atıb.

Arda Gülər Gürcüstanla matçda vurduğu baxımlı qolla Ronaldonun rekordunu qıraraq, Avropa çempionatında ilk oyununda qol vuran ən gənc futbolçu olmuşdu.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
teleqraf.com

1Mənbələr