AZ

Finlandiya Prezidenti: Çin Ukrayna münaqişəsini bir zənglə həll edə bilər

Finlandiya

Bakı, 3 iyul, AZƏRTAC

Finlandiya Prezidenti Aleksandr Stubb hesab edir ki, Çin Ukraynadakı münaqişəni Rusiyaya bir telefon zəngi ilə həll edə bilər. Onun fikrincə, Moskva hazırda Pekindən asılıdır.

AZƏRTAC xəbər verir ki, Stubb bu fikirləri Bloomberg agentliyinə müsahibəsində səsləndirib.

"Rusiya indi Çindən o qədər asılıdır ki, ÇXR Sədri Si Cinpinin bir telefon zəngi bu böhranı həll etmək üçün yetər. Əgər o, sülh danışıqlarına başlamağın vaxtı çatdığını desə, Rusiya bunu etməyə məcbur olacaq", - deyə Finlandiya Prezidenti bildirib.

Rusiya və Çin qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq olduqlarını dəfələrlə bəyan ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
azertag.az

2Mənbələr