AZ

Nazirlik "apellyasiya"da qalib oldu – Şəfəq Hüseynli Ali Məhkəməyə müraciət edəcək

Gənclər və İdman Nazirliyi Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sabiq direktoru Şəfəq Hüseynlinin qaldırdığı iddia əsasında işin qalibi olub.

Prosport.Az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi ilə keçən iclasda Nərimanov Rayon Məhkəməsinin Ş.Hüseynli lehinə çıxardığı qərar ləğv edilib, nazirliyin bu məsələdə hüquq pozuntusuna yol vermədiyi bildirilib.

Bizdə olan məlumata görə, qarşı tərəf qərardan Ali Məhkəməyə şikayət ünvanlamağı planlaşdırır.

Qeyd edək ki, Şəfəq Hüseynli oktyabrda gənclər və idman naziri Fərid Qayıbovun qərarı ilə AMADA-dadakı işindən azad olunub. Bu səbəbdən Ş.Hüseynli dekabrda nazirliyi əmək hüquqlarının pozulmasına görə Nərimanov Rayon Məhkəməsinə vermişdi. Sözügedən məhkəmə fevralda baş hakim Aytən Novruzovanın sədrliyi ilə keçən iclasda Ş.Hüseynlinin hüquqlarının pozulduğunu təsdiqləmiş, ona dəyən zərərə görə təzminat verilməsi və işə bərpasının təmin edilməsinə dair qərar çıxarmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
prosport.az

1Mənbələr