Türkiyə millisi AÇ-2024-ün 1/4 final mərhələsi çərçivəsində Niderlandla oyunu iki itki ilə çıxacaq.
İqtisadiyyat.az xəbər verir ki, buna səbəb 2 futbolçunun Avstriya ilə oyunda cəzalandırılmasıdır.
Orkun Kökçü 11-ci dəqiqədə, İsmail Yüksek isə 42-ci dəqiqədə sarı vərəqə alıb.
Türkiyənin iyulun 6-da Niderland ilə keçirəcəyi matçda Orkun Kökçü və İsmail Yüksek iştirak edə bilməyəcək.