AZ

Putin ŞƏT sammitində iştirak etmək üçün Astanaya uçub

Rusiya prezidenti Vladimir Putin Astanaya uçub, orada ŞƏT sammitində iştirak edəcək, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.

Bu barədə Kremlin saytında məlumat yayılıb.

“Rusiya prezidenti Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə gəlib”, – məlumatda deyilir.

Daha əvvəl prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Putin ŞƏT sammiti çərçivəsində bir sıra mühüm ikitərəfli görüşlər keçirəcək.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
dogru.az

1Mənbələr