AZ

Bayden: “Axmaq bir hərəkət etdim”

Bayden:

ABŞ prezidenti Co Bayden Donald Trampla son debat zamanı az qala yuxuya getdiyini etiraf edib.

Reyting.az
xəbər verir ki, Bayden bunu Virciniya ştatının Maklin şəhərində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, prezidentlik debatları zamanı göstərdiyi performans ən yaxşısı deyildi.

“Ən yaxşı gecəni keçirmədim, amma məsələ ondadır ki, mən axmaq bir hərəkət etdim. Debatdan əvvəl təxminən 100 saat qurşağını gəzərək dünyanı bir neçə dəfə səyahət etmək qərarına gəldim. Komandama qulaq asmadım və qayıdanda az qala, səhnədə yatacaqdım, bu bəhanə deyil, izahatdır”,- deyə Bayden əlavə edib.

ABŞ-nın hazırkı prezidenti biabırçı debatdan sonra sponsorlarını itirir. “Financial Times” yazır ki, bəzi donorlar Bayden istefa verərsə, kimi dəstəkləyəcəkləri barədə düşünməyə başlayıblar.

Xatırladaq ki, Bayden şənbə günü Nyu-Yorkda donorlarla görüşüb və burada “gecəni yaxşı keçirmədiyini” etiraf edib, eyni zamanda donorların narahatlıqlarını başa düşdüyünü deyib.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
reyting.az

1Mənbələr