AZ

Amerika Kubokunda 1/4 final cütlükləri bəlli olub

Amerika

Bakı, 3 iyul, AZƏRTAC

ABŞ-ın ev sahibliyi etdiyi futbol üzrə Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, D qrupunda Braziliya millisi lider Kolumbiya ilə qollu heç-heçə edib – 1:1.

Digər görüşdə isə Kosta Rika Paraqvaya 2:1 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra Kolumbiya və Braziliya 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, növbəti raundda Argentina-Ekvador, Venesuela-Kanada, Uruqvay-Braziliya və Kolumbiya-Panama matçları keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
azertag.az

2Mənbələr