AZ

Avropa Parlamentində Rusiya tərəfdarı olan fraksiya formalaşır

Avropa Parlamentində Rusiya ilə münasibətlərin normallaşması üçün fraksiya yaradılır.

Avropa Parlamentinə seçilmiş sağ partiyalar yeni fraksiyanın yaradılması üzərində intensiv şəkildə çalışırlar. Həmin fraksiyanın fəaliyyəti Aİ-nin indiki siyasətinin, o cümlədən antirusiya sanksiyalarının əksinə yönələcək.

Rusiya mətbuatının yazdığına görə, bu barədə Macarıstanın "Bizim vətənimiz" sağ partiyasının sədri Laslo Torotskai məlumat verib.

Onun sözlərinə gözə, "Bizim vətənimiz"dən əlavə, koalisiyaya Almaniyanın "Almaniya üçün alternativ" (AdQ), Bolqarıstanın "Dirçəliş" partiyaları və digər müttəfiqlərin daxil olması gözlənilir.

Torotskai Aİ-nin indiki rəhbərliyinin siyasətinin, o cümlədən, Rusiyaya qarşı sanksiyalar qəbul edilməsinin Avropa üçün fəlakətli nəticələrə səbəb olduğunu bəyan edərək deyib: "Biz əlbəttə ki, bu siyasətin əleyhinə çıxış edəcəyik".

Hürr Tərcüman

Если

Seçilən
154
hurriyyet.az

1Mənbələr