AZ

"Kvaratsxeliyanı "Real"da görmək istəyirəm"

İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Kaka Kaladze Xviça Kvaratsxeliyanın Avropa çempionatındakı çıxışını yüksək qiymətləndirib.

90deqiqe.Az  xəbər verir ki, “pianetamilan.it" onun dediklərini belə çatdırıb:

"Kvaratsxeliya İspaniya çempionatında oynamağa layiqdir. Onu "Real Madrid"də görmək istərdim. Ançelotti ən yaxşı məşqçilərdən biridir. O, artıq hər şeyi sübut edib. O, gənc futbolçuların dostudur. O, futbolçuları düzgün yerləşdirir, lazımi və optimal taktikadan istifadə edir”

Gürcüstan komandası turnirin pley-off mərhələsinə yüksəlsə də, orada İspaniya komandasına uduzub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
90deqiqe.az

1Mənbələr