AZ

Yığmanın Friburq mərhələsində imtina etməsinin SƏBƏBİ

Basketbolun 3x3 növü üzrə Azərbaycan millisi Qadın seriyasının Friburq mərhələsində iştirak etməməsinin səbəbi bəlli olub.

İdman.bizin əldə etdiyi məlumata görə, yığmamız zədə səbəbindən imtina edib.

Komandanın heyətində Dina Ulyanovanın Qəbələ mərhələsində sıradan çıxıb, Mersedes Uolkerin ayağında problem yaranıb.

Qeyd edək ki, sabah başlayacaq turnirdə Azərbaycan millisini İsveçrə əvəzləyəcək. İki gün davam edəcək mərhələdə 12 komanda mübarizə aparacaq. İndiyədək iki mərhələdə - Qəbələ və Klermon-Ferranda qüvvəsini sınayan millimizin növbəti sınağı iyulun 9-10-da Bordoda gerçəkləşəcək.

Emin Ağa
İdman.biz

Seçilən
73
idman.biz

1Mənbələr