AZ

"Rusiya-Ukrayna müharibəsini bir zənglə dayandırmaq olar"

Hurriyyet.az "Blumberq" agentliyinə istinadla xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya-Ukrayna müharibəsini bitirmək üçün bir telefon zənginin kifayət elədiyini bildirib. Onun sözlərinə görə, Çin Xalq Respublikasının sədri Si Cinpinin Rusiya Prezidenti Vladimir Putinə bir dəfə telefonla zəng eləməsi ilə Ukraynadakı müharibə dayandırıla bilər. 

Stubbun fikrincə, Rusiya hazırda Çindən asılıdır. Buna görə də, əgər Pekin münaqişənin dinc yolla həll edilməsinə çağırış etsə, Moskva bu göstərişi yerinə yetirər. 

Finlandiya Prezidenti deyib: "Sədr Si Cinpinin bir telefon zəngi bu böhranı həll edə bilər".

Stubb Avropa ölkələrini həm maddi, həm də siyasi cəhətdən Ukraynaya dəstəyi aktivləşdirməyə çağırıb, Kiyevə dəstəyin gücləndirilməsinin münaqişənin tez bir zamanda həllinə yardım edəcəyinə inandığını bildirib.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
hurriyyet.az

1Mənbələr