AZ

İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilir

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbədənkənarparlament seçkiləri ilə bağlı iclası keçirilir.

Trend-in məlumatına görə, iclasda Azərbaycan RespublikasınınMilli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmişnövbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan PartiyasınınTədbirlər Planının təsdiq edilməsi, Yeni Azərbaycan PartiyasınınMərkəzi seçki qərargahının yaradılması və onun tərkibinin təsdiqedilməsi, Yeni Azərbaycan Partiyasının səlahiyyətlinümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətlinümayəndəsinin təyin olunması və səsvermə gününədək seçkikomissiyalarının iclaslarını müşahidə edəcək şəxslərin təyinedilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış AzərbaycanRespublikası Milli Məclisinin buraxılması və AzərbaycanRespublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyinedilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənarseçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
48
az.trend.az

10Mənbələr