AZ

Ərdoğan bu gün Qazaxıstana səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü Dövlət Başçıları Zirvə toplantısında iştirak etmək üçün bu gün Qazaxıstanın paytaxtı Astanaya gedəcək.

"Operativ Media" xəbər verir ki, Ərdoğan 2 günlük sammit üçün Qazaxıstanın paytaxtı Astanada olacaq.

Ərdoğanın sammitin ilk günündə Rusiya prezidenti Putinlə görüşəcəyi bildirilir. İclasın gündəliyinə enerjidən ticarət, turizm və digər mövzular daxildir.

Sammitdə Çin, Rusiya və İran da daxil olmaqla 16 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Sammit “Çoxtərəfli Dialoqun Gücləndirilməsi: Davamlı Sülh və İnkişafa Çatışmaq” adı altında keçiriləcək.

Bildirilir ki, sammitdə regional təhlükəsizlik, infrastruktur, enerji, nəqliyyat və logistika məsələləri də müzakirə olunacaq. Liderlərin ilk növbədə beynəlxalq ticarət və iqtisadiyyata diqqət yetirəcəyi bildirilir.

Sammitin sonunda Qazaxıstan müddətli sədrliyini Çinə təhvil verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
operativmedia.az

1Mənbələr