İtaliya "Milan"ının sabiq baş məşqçisi Stefano Pioli Səudiyyə Ərəbistanının "Əl İttihad"ına rəhbərlik edəcək.
"Operativ Media" xəbər verir ki, bu haqda insayder Di Marzio məlumat yayıb.
Tərəflər danışıqları iyulun 3-də başa vuracaqlar.
65 yaşlı italiyalı mütəxəssis 2019-cu ildən rəhbərlik etdiyi "Milan"ı ötən mövsüm başa çatdıqdan sonra tərk edib. Onun rəhbərliyi altında "Milan" 2022-ci ildə İtaliya çempionu adını qazanıb.