AZ

Dövlət Departamenti: Bakı və İrəvan arasındakı danışıqlar bizim üçün prioritetdir

Birləşmiş Ştatlar NATO-nun Vaşinqtonda keçiriləcək sammiti çərçivəsində Ermənistan və Azərbaycanla konkret görüşlər və məsələlər üzərində işləməyə davam edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bildirib.

O qeyd edib ki, iki ölkə arasında davam edən müzakirələr Dövlət Departamenti üçün prioritetdir.

“Cənubi Qafqaz problemi kontekstində bu, bizim üçün prioritet məsələdir. Biz (NATO Vaşinqton) sammiti çərçivəsində konkret görüşlər və məsələlər üzərində işləməyə davam edəcəyik”, - deyə o bildirib.

Seçilən
50
1
operativmedia.az

10Mənbələr