AZ

"General Motors"un satışları son 4 ilin ən yüksək səviyyəsinə çatıb

Amerikanın avtomobil istehsalçısı "General Motors" bu ilin ikinci rübündə 696,086 avtomobil tədarük edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin rüblük hesabatında deyilir.

Məlumata görə, bu, 2020-ci ilin dördüncü rübündən bəri ən yaxşı rüblük göstəricidir.

Şirkət bu dövrdə rekord sayda - 21,930 elektrikli avtomobil satıb. Bu da birinci rübdən 34%, keçən ilin ikinci rübündən isə 40% çoxdur.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
iqtisadiyyat.az

2Mənbələr