AZ

Bitməyən bir köç  - Ahıska Türkləri

Elşən Miirşli
Gəncə şəhəri, tarixçi

I Yazı

Ahıska bir Türk yurdudur. ”Kitabi-Dədə Qorqud” dastanında Ahıskanın adı keçir. 1555-ci ildə Amasiya sülhü ilə Ahıska iki yerə bölünmüşdür. Ahıskanın şərqi Qızılbaş dövləti, qərb hissəsi Osmanlı dövlətinin tərkibinə daxil edilmişdi.1578-ci ildə Osmanlı Dövləti Gürcüstanda yerləşən Qızılbaş mülklərinə hücum etmişdilər və bu,1578-1590-cı illər Qızılbaş-Osmanlı savaşını başlatmışdır. Ahıska bölgəsi, 1578 –ciil tarixindəOsmanlı İmperatorluğu ilə Qızılbaş Dövləti orduları arasında baş verən Çıldır Savaşı ilə Osmanlı dövlətinin tərkibinə daxil edilmişdir. 1582-ci ilə qədər OsmanlılarAhıskanın şərq hissəsini ələ keçirmişdilər. Mərkəzi Ahıska bölgəsi olmaqla Çıldır Əyaləti qurulmuşdur.Qızılbaşlar XVII əsrin əvvəllərində Ahıskanınşərq hissəsinənəzarəti bərpa etmişdilər, lakin 1639-cu ildə Qəsri-Şirin sülh müqaviləsi ilə bütün AhıskaOsmanlı dövlətininnəzarətinə keçmiş və bu, Qızılbaşların regionu geri almaq cəhdlərinə son qoymuşdur.Bu bölgə(1639-1829) boyunca Osmanlı İmperatorluğunun idarəsində qalmışdır.1828-1829 Osmanlı –Rus Savaşı sırasında bölgə Ruslar tərəfindən işğal edilmişdir.1829 tarixli Edirne sülh müqaviləsi ilə Çıldır Əyalətinin 10 sancağı Rusiyaya buraxıldı.

1829-cu ildə“Edirne müqaviləsi” ilə Osmanlı dövlətindən qopardılıb Rusiya İmperatorluğuna ilhaq edilənAhıska bölgəsi Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə bir növ nəzarətsiz zonaya çevrildi. Əhalisi əsasən türklərdən ibarət olan bu bölgə xalqı Sovetlərin 1917-ci ildə elan etdiyi “Rusiyadakı millətlərin hüquqlarına aid bəyyannamə” hüququndan istifadə edərək 26 aprel 1918-ci ildə ümumi bir qərarla Osmanlı dövlətinə birləşmək istədiklərini bildirmişdilər.Batum, Ahıska, Acar və Axalkalaki bölgələri xalqının Osmanlı hökumətinə göndərdiyi bir imzalı möhürlü müraciət Osmanlıhökuməti tərəfindən qəbul edilmiş,deməli bu ilhaq üçün hüquqi zəmin yaranmışdı. Azərbaycan, Gürcüstan və ermənilərin təmsil olunduqları Zaqafqaziya Seymi Rusiyanın bolşevik hökumətini tanımasa da onun məlum “Bəyannamə”sinə rəsmi münasibət bildirilməmiş, deməli, onun ləğvinə dair hər hansı bir rəsmi qərar qəbul edilməmişdi.Bütün bunları nəzərə alanOsmanlı hökuməti nümayəndə heyəti 11 may 1918-ci ilBatum Konfransında Batum, Ahıska və Axalkalakinin Osmanlı dövlətinə ilhaqını tələb etdi. Osmanlı hökuməti nümayəndə heyətinin başçısı Xəlil bəy bu iki bölgənin Osmanlı dövlətinə bağlandığını Zaqafqaziya Demokratik Federativ Respublikası nümayəndə heyətinə də rəsmən bildirmişdi. Lakin ilk əvvəl gürcü nümayəndələr bunu qəbul etməmişsə də, Osmanlı İmperiyası nümayəndə heyətinin başçısı Xəlil bəyin təkidli tələbi ilə bunu qəbul etmək zorunda qalmışdılar.Bolşevik Rusiya hökumətinin “Batum müqaviləsi“ ni tanımamaq haqqında nota verməsinə baxmayaraq nə Osmanlı hökuməti və nə də ZaqafqaziyaDemokratik Federativ Respublikası buna əhəmiyyət verməmişdir. Lakin müqavilənin adı keçən məsələlərə dair müddəaları Federativ Respublikada erməni və gürcülər tərəfindən tərəfindən təsdiq ediməmiş, Zaqafqaziya Demokratik Federativ Respublikası gürcülərin 26 may 1918-ci ildə müstəqil dövlət elan etmələrivə ardınca ermənilərin vəAzərbaycan türklərinin öz istiqlallarını elan etmələri ilə dağıldı.Bu və ya bir sıra başqa səbəblər üzündən Osmanlı imperiyası bu müstəqil dövlətlərlə 4 aprel 1918-ci ildə ayrı-ayrı sülh müqavilələri bağlandı.Gürcüstanla bağlanan sülh müqaviləsinə əsasən Batum şəhəri və sancağından başqa Ahıska və Axalkalaki nahiyyələri də Osmanlı dövlətinə qaytarıldı. I Sünya Savaşında tamamilə məğlub duruma düşən və ərazilərinin çox böyük bir qismini itirən Osmanlıdövlətinə qarşı Avropa və bolşevik Rusiyası ağır şərtlər irəli sürdülər.Bu şərtlərdən biri də Batum, Ahıska və Axalkalaki bölgələrinin Sovet Rusiyasına qaytarılması idi.

Birinci DünyaSavaşının sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkildi, lakin Osmanlı tərəfi Kars və Ahıskadan 2 ay gec çəkilmə qərarı almışdı.Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi.Əks halda bölgəGürcüstan və Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi.Beləliklə, 29 oktyabr 1918-ci ildə Ahıska və Axalkalaki ətrafında AhıskaMüvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyindəAraz Türk Cümhuriyyəti qurulmuşdur. 5 noyabrda isə Kağızmanlı Əli Rza bəy, Karslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Kars İslam Şurası qurulmuşdur. Şura rəhbəri Fəxrəddin bəy Piroğlu seçilmişdir.

30 noyabr 1918-ci ildə Karsda keçirilən ikinci Kars Qurultayında Kars, Ərdahan,Batumdan 60 nəfər iştirak etmişdir. Daha sonra müxtəlif bölgələrdən 10 nəfər daha iştirakçı qatılmışdır.Konqresdə Milli İslam Şurası Hökuməti quruldu. Hökumətin başçısı ibrahim bəy Cahangirzadə seçilmişdir. Emin ağa Acalov isə başçının müavini seçilmişdir. Konqresdə Kars, Oltu, Kağızman, Iğdır, Sarıqamış, Ərdəhan, Ahıska, Axalkalaki,Batum, Gümrükimi şəhərlərdə yerli xalq təşkilatlanmışdır.

KonqresdəKars Milli Şura hökumətinə, Ahıska Müvəqqəti Hökuməti, Araz Türk Cümhuriyyəti,BatumMilli Şurası da qatılmışdır. Konqres 2 dekabradək davam etmişdir. Konqresin sonunda birləşmiş vahid dövlət yaranmışdır.

Ermənilər ingillislərlə birlikdə 12 aprel 1919-cu ildə Karsa hücum edərək Cənub–Qərbi Qafqaz Cümhuriyyəti Məclisinin binasını mühasirəyə aldılar və hökumət üzvlərini həbs edərək Maltaya göndərdilər. Gürcülər də ingilislərin hərbi dəstəyi ilə Cənub–Qərbi Qafqaz Cümhuriyyətinin ərazinə daxil olan Ahıska və Axalkalakini zəbt edib Gürcüstana ilhaq etdilər. Ahıska və Axalkalaki sovet dönəmində Gürcüstan Sovet Sosialist Respublikasının tərkibinə daxil edildi. Gürcüstana verilən bu ərazi gürcü milətçiləri tərəfindənMesxetiya adlandırılmış və Ahıska türklərinə də “Mesxet türkləri” deyilmişdir.

Ahıska türklərinin deportasiyası.

Faşist Almaniyasında yalnız yəhudilər və qaraçılar deportasiya edilmişdilər. Hitlerdən də qəddar olansovet şizofrendiktatoru Stalinin hakimiyyətdövrü deportasiyalarlavəsoyqırımlarlayadda qalmışdı. Ahıska GürcüstanınTürkiyə ilə sərhəd olan ən səfalı regionlarından biri idi. Ahıska ərazisi 9 min kvadrat kilometrə bərabərdir. 30-cu illərdən sonra ayrı-ayrı gürcü rəhbərlərinin türk əhalisinə qarşı münasibəti xeyli dəyişməyə başladı. Gürcü millətçiləri türklərə qarşı assimilyasiya siyasəti həyata keçirdilər.Belə ki, zorgücünə onların familyalarını gürcüləşdirir, uşaqların milli dildə oxumasına heç bir şərait yaratmırdılar. Türklər respublikada gürcülər və ermənilər, digər xalqlarla eyni hüquqa malik deyildilər.Onlar Gürcüstanın ictimai-siyasi həyatında iştirak etmir, sovet və partiya orqanlarının tərkibinə seçilmirdilər.

Türklərə qarşı həyata keçirilən belə siyasət minlərlə vicdanlı və mərd insanları qəzəbləndirmiş, onlar bu haqsızlıqla razılaşmayaraq öz haqq səslərini ucaltdıqlarına görə “kulak”-xalq düşməni, xain elanolunmuşdular.Türklərin böyük əksəriyyəti bu ad altında tutularaq məhv edilmişdir. Azərbaycan və Ahıskanın böyük oğlu Ömər Faiq Nemanzadə də onların arasında olmuş və 1937-ci il oktyabrın 10-da xalq düşməni kimi güllələnmişdir. Millətçilər xalqı geniş miqyasda assimilyasiyaya uğrada bimədiyinə görə türkləri Gürcüstandan qovmaq,öz dədə-baba yurdlarından didərgin salmaq üsuluna əl atdılar.

Ahıska türkləri hər il 14 noyabr tarixini özlərinin milli matəm günü hesab edirlər. 1944-cü il Gürcüstanın Türkiyə ilə həmsərhəd olan 5 rayonundan–Adikon, Axalsix, Axalkalak,Boqdanovka, Astinzinsk rayonlarından “rəhbərin əmrinə əsasən” dövlət sərhədlərində təhlükəsizliyi təmin etmək zəruriliyi adı ilə türkləri daimi yaşayış yerlərindən zorla, silah gücünə çıxardılar.Bu qərar müharibənin qurtarmasına və qələbənin qazanılmasına az qalmış, 40 mindən çox türkün qəhrəmanlıqla vuruşduğu,şücaətlər göstərdiyi, qəhrəmanlıq tarixinə şanlı səlnamələr yazdığı bir vaxtda verilmişdi.Minlərlə türk vətəndaşı müharibənin odlu-alovlu meydanından geri qayıtmadı,geri dönənlər isə öz yurdunda xalqını, ailəsini, qohumlarını görə bilmədi...

Rəhbərin əmrini daxili qoşunlar yerinə yetirirdilər,onlar çox az bir vaxtda, cəmi iki-üç saat ərzində türkləri böyükdən-kiçiyədək bir yerə yığıb silah altında yaxınlıqdakı dəmir yoluna tərəf apardılar və orada onları gözləyən yük vaqonlarına mindirdilər,sonra Orta Asiya və Kazaxıstana yola saldılar.

Mesxetiya regionunda yaşayan bütün Ahıska türklərinin 14 noyabr 1944-cü il tarixində SSRİ hökuməti tərəfindən Orta Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistan) məcburi şəkildə köçürülməsi baş verdi. Əməliyyat zamanı212 kənddə yaşayan 115.000Ahıska Türkü Orta Asiyaya deportasiya edilmişdi. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrində yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular.Deportasiya və sürgünün ağır şərtləri 50.000Ahıska türkünün ölümünə səbəb olmuşdu.

Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur. Əməliyyatı yerinə yetirmək üçün 34.000.000 (otuzdörd milyon) rubl ayrılmışdı. Bu, 1930-cu illərdən 1950-ci illərə qədər sovet etnik azlıqlarının bir neçə milyon üzvünə təsir göstərmiş SSRİ hökumətinin məcburi yerləşdirmə proqramının və əhali köçürülmələrinin bir parçası idi. Sadəcə İkinci Dünya Savaşı zamanı Sovet İttifaqında 3.332.589 nəfər deportasiya edilir. 1943-cü ildən 1944-cü ilə qədər Qafqaz boyunca təxminən 650.000 insan deportasiya edilir.

Bu, İkinci Dünya Savaşı zamanı Sovet Sosialist Respublikaları İttifaqı hökuməti tərəfindən gerçəkləşdirilən axırıncı deportasiya idi. Ahıska türklərinə hər hansı bir mülki və yasiyasi hüquq verməkdənimtina edildi. Deportasiya prosesi tamamlandıqdan sonra SSRİ hökuməti xristian ermənilərdən təşkil olunmuş 32.000 nəfəri Mesxetiya (Ahıska) ərazisində yerləşdirmişdir.

Lavrenti Beriya 28 noyabr 1944-cü il tarixində İosif Stalinə memorandum göndərir.Bu memorandumda Beriya Ahıska türklərini “qaçaqmalçılıq” və“təxribat üçünTürkiyə kəşfiyyatı ilə əməkdaşlıq”da günahkar görür. Məcburi köçürülmə prosesi Türkiyənin şərq ərazilərini və boğazları işğal etmək üçün Türkiyə meylli qrupları sərhədyanı ərazilərdən çıxarmaq arzusunun bir parçası idi.1945-ci ilin iyul ayında SSRİ Xarici İşlərXalq Komissarı Vyaçeslav Mixayloviç Molotov (Skryabin) Türkiyədən Anadolunun üç ilinin SSRİ-yə təhvil verməsini tələb edir. Rusların onlara verilməsini tələb etdiyi şəhərlər Kars, Ərdahan və Artvin idi. Ahıska türklərinin deportasiyası mümkün olanTürkiyəninşərq torpaqları uğrunda SSRİ-Türkiyə müharibəsi üçünbir ehtiyat tədbiri idi.Bu iddialar və Türkiyə boğazları böhranı böyüyür. 18 fevral 1952-ci ildə Türkiyənin NATO-ya qoşulmasından sonra bu ərazi iddiaları geri çəkilir.

Ardı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
turkustan.az

1Mənbələr