Vidadi Məmmədov Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib.
"Unikal" "Report"a istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı əmr imzalayıb.
Qeyd edək ki, V.Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb.
Bundan başqa, Seyfəlpaşa Əliyev Ədliyyə nazirinin müşaviri vəzifəsinə təyin edilib. O, həmçinin 2018-2022-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.