AZ

Putin ŞƏT sammiti üçün Astanaya gedib

 Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində iştirak edəcəyi Astanaya gedib.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, səfər zamanı Rusiya dövlətinin başçısı həmçinin Çin, Türkiyə və Azərbaycan liderləri ilə bir sıra ikitərəfli danışıqlar aparacaq.Qazaxıstana ŞƏT-in baş katibi Zhang Minq və BMT-nin baş katibi Antonio Quterreş də Astanaya gedib.Sammit iyulun 3-4-də Astanada Müstəqillik Sarayında keçiriləcək.Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil idi. Hindistan və Pakistan 2017-ci ildə, İran isə 2023-cü ildə onlara qoşulub. 

Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
80
missiya.az

1Mənbələr