AZ

Macarıstan höküməti Zelenskiyə Rusiya ilə razılaşmağı təklif edib: Reaksiya sərt olub

Macarıstan Baş naziri Viktor Orban Kiyevə gözlənilməz səfəri ilə hansı məqsədlər güdürdü?

Ednews The Guardian-a istinadən xəbər verir ki, Orban prezident Zelenskiyə Rusiya ilə sülh müqaviləsinə oturmağı təklif edib. O bildirib ki, müharibəni bir müddət dayandırmaq lazımdır. Onun sözlərinə görə, isveçrədə keçilirən sülh sammitində Valdimir Putin də iştirak etsəydi sülh danışıqları daha sürətli və məhsuldar olardı.

Orban təkid edərək bildirib ki, atəşkəsin əldə edilməsi sülh danışıqlarını sürətləndirə bilər. Ukrayna prezidenti isə cavab olaraq Rusiyanın ölkəni tərk etməsini tələb edib. Zelenski sülh haqqında danışıqların ancaq o zaman mümkün olduğunu qeyd edib.

Qeyd edək ki, Macarıstan hökümətinin bu addımı onu Avropada və dünyada Rusiya tərəfdarı kimi tanınmasına yol açıb. Bir çoxları, eləcə də dünya mediası Viktor Orbanı bu təklifinə görə ruspərəst və xain adlandıraraq onu tənqid ediblər.

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
ednews.net

1Mənbələr