AZ

Ermənistan Aİ və NATO-ya üzv olur? – Siyasi şərhçidən RƏY

Ermənistan beynəlxalq birliyin üzvi olaraq istənilən təşkilata, o cümlədən Aİ və NATO-ya üzv olmaq hüququna malikdir. Bununla belə, bu qurumlara üzvlük uzun çəkən hüquqi prosedurlardı. İlk əvvəl, Ermənistan NATO və Aİ-nin bununla əlaqədar irəli sürdüyü şərtlərə əməl etməli, üzərinə bəlli öhdəliklər götürməlidir.

Bu fikirləri Ednews-a açıqlamasında politoloq Elşən Manafov Ermənistanın Aİ və NATO-ya daxil ola bilməsi və bunun üçün Ermənistana nə qədər zaman tələb olunacağı ilə bağlı danışarkən deyib.

Siyasi şərhçi hesab edir ki, hazırkı reallıqlar Ermənistanın NATO-ya qoşulacağını qeyri-mümkun edir, zira NATO-nun qüvvədə olan nizamnaməsi münaqişə tərəfi olan dövlətin Şimal Alyansına üzviliyin yasaq edir.

“Ermənistan ordusu NATO standarlarından uzaqdır. Ermənistanda NATO tələblərinə uyğun infrastruktur demək olar ki, yoxdur. Avropa Birliyinə gəlincə o da üzv olmaq istəyən dövlətin qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasını tələb edir. Avropa Birliyi, kollektiv Qərb Ermənistanın Birliyə üzv olması ilə əlaqədar vədlər versələr də, onlar Ermənistana ünvanlanan təkliflərində səmimi deyillər. Bu gün Türkiyə də daxil olmaqla onlarla ölkə Aİ-yə üzv olmaq üçün növbədədirlər. Gürcüstan, Moldova, habelə Ukraynanın Aİ-yə 2030-cu ildən tez olmayaraq üzv ola biləcəyi ilə bağlı fikirlərin konteksində Ermənistanın Birliyə üzviliyi on illərlə çəkə bilər.

Ermənistan hakimiyyətinə şirnikləndirici vədlər verən Qərbdəki bəlli dairələrin məqsədi Paşinyan rejiminin xidmətlərindən yararlanaraq bölgədə eskalasiyanı gücləndirmək, Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasına nail olmaqdır”.

Oğuz 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
ednews.net

1Mənbələr