AZ

Simonyanın köməkçisi Ermənistandakı media saxtakarlığından şikayətləndi

Xəbər verdiyimiz kimi Ermənistan parlamentinin spikeri Alen Simonyanın sosial şəbəkə hesabında İspaniyada dincəlməsini əks etdirən fotolar paylaşması yerli mediada narazılıqla qarşılanıb. Bu gün isə Simonyanın köməkçisi Movses Arutyunyan spikerin Avropada istirahət etməsi ilə bağlı yayılan xəbərləri təkzib edir.

“Bütün günü mətbuatımız parlamenyin spikeri Alen Simonyanın İspaniyada məzuniyyətini keçirməsi ilə bağlı xəbərləri həyəcanlı hadisə kimi verir. Fotonun 2 il əvvələ aid olması məsələnin yalnız bir tərəfidir.

Maraqlıdır ki, "Vətəndaş müqaviləsi" partiyası elə həmin gün cənab Simonyanın da iştirak etdiyi partiya İdarə Heyətinin iclasının çağırılması barədə məlumat yaydı. Bizim hörmətli media tərəfdaşlarımız nəinki bu saxtakarlığı, dezonu aradan qaldırmadı, əksinə, hətta manşetdə yerləşdirdi. Hörmətli həmkarlar, yalan xəbərlər yaydığınız kimi, təbii ki, təkziblərinizi də gözləyirəm",- Arutyunyan saxta xəbərlərdən gileylənib.

Tural

News365.az


Seçilən
89
news365.az

1Mənbələr