AZ

Belarus ŞƏT-ə üzv olacaq



Belarus prezidenti Aleksandr Lukaşenko “Kazakhparat” agentliyinə müsahibəsində ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması barədə danışıb.
"Biz ŞƏT-ə tamhüquqlu üzvlük istiqamətində addımlar atırıq. Bu illər ərzində Belarusun Təşkilatın saytında verdiyi bir çox təkliflər artıq dəstəklənib", - o deyib.
Belarus 2022-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edib və bir ildən sonra müvafiq memorandumu ratifikasiya edib.
“Əminəm ki, bu gün ŞƏT-ə üzv ölkələr qlobal iqtisadi artımın lokomotivi, investisiyaların və innovativ istehsalın cəlb edilməsi mərkəzləri kimi çıxış edirlər”, - Aleksandr Lukaşenko bildirib.
Qazaxıstan hökumətinin məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında ŞƏT çərçivəsində qarşılıqlı ticarətin həcmi 19,1 milyard dollar təşkil edib.
Belarus rəhbəri həmçinin bildirib ki, bu gün təşkilatda azad ticarət-iqtisadi zonanın yaradılması ideyasını irəli sürən ŞƏT-in İnkişaf Fondunun yaradılması layihəsi üzərində iş gedir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
newscenter.az

1Mənbələr