AZ

Stubb: "Pekin müdaxilə edərsə, Rusiya-Ukrayna müharibəsi sonlanacaq"

Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinə zəng edərək Ukraynadakı silahlı münaqişəyə son qoya bilər. 

"Operativ Media" xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.

Stubb hesab edir ki, Rusiya hazırda Çindən asılıdır, ona görə də Pekin mübahisənin sülh yolu ilə həllini tələb etsə, Moskva buna əməl edəcək.

O, həmçinin Avropa ölkələrini Ukraynaya həm maliyyə, həm də siyasi dəstəklərini artırmağa çağırıb. Stubb Kiyevə yardımın artırılmasının münaqişənin tezliklə sona çatmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
operativmedia.az

1Mənbələr