AZ

“Türklərin Qafqazdakı varlığını XI əsrdən götürmək utopiyadır” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Mamikonyanlar Qara Hunlardır və Fərqanə ərazisindən bura köçüblər” adlı veriliş efirə gedib.

Verilişdə araşdırmaçı Əkbər Nəcəf Alban, Oğuz və digər türk tayfaları haqqında danışıb, Xəzərlərin bütün etnik kimliyini Sabir türk tayfası təşkil etməsi ilə bağlı maraqlı faktları açıqlayıb.

Onun sözlərinə görə, türklərin Qafqazda var olmasının XI əsrdən hesab edilməsi utopiyadır:

“Yaxın Şərqdə qədimdə ordu və dövlətlə bağlı münasibətlər türk dilində icra edilib. Mamikonyanlar Qarahunlardır və Fərqanə ərazisindən bura köçüblər”.

O deyib ki, Xəzərlərin bütün etnik kimliyini Sabir türk tayfası təşkil edib:

“Oğuz deyilən anlayış ittifaq deməkdir. Latın dilli mətnlərində Oğuz adı “Oqur” şəklində keçir. Qıpçaqlar, peçeneqlər Oğuz kimliyi içində yer alıb. Oğuzlar təkcə Qafqaz deyil, eyni zamanda, Balkanlarda, Karpatlarda mövcud olublar”.

Süjetdə həmçinin Albanlardan da söz açılıb və bildirilib ki, onlar əslində Massaget-Skifləridirlər:

“Albanları bir dövlətdə birləşdirən türk tayfası olub. Albanların adı Çin mənbələrində qeyd olunub”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
3
medianews.az

5Mənbələr